“Казачий” Kvas zavodu Azərbaycanın ən böyük kvas istehsal edən müəssisəsidir.
Şirkət 1997-ci ildən kvas istehsalı ilə məşğuldur.
Artıq şirkət moxito istehsalına da başlamışdır.
Kvas
Kvas ən sağlam və qidalı içkilər arasında birincidir. Kvas- şovdar səmənisi və ya dənəvər bitkilərin cücərtilərinin natamam qıcqırmasından alınan ənənəvi slavyan içkisidir.
Moxito
Moxito ilk dəfə 1930-cu ildə Kubada hazırlanmışdır. Tərkibi nanə, yaşıl limon və şəkərdən ibarət alkoqolsuz sərinləşdirici içkidir.
Kvasın faydaları
Hələ qədimdən məlum idi ki, kvas susuzluğu yatızdırmaqdan əlavə o həzm sisteminə müsbət təsir göstərir, orqanizmin tonusunu artırır. Qeyri məhsuldar illərdə məhz kvas camaatı avitaminozlardan və sinqadan qoruyurdu, çünki tərkibində bir çox vitaminlər (vitamin B1, E vitaminlərin çoxu, C vitamini və s.) və mikroelementlər vardır. Kvas mədə-bağırsaq traktının fəaliyyətini tənzim edir, maddələr mübadiləsini yaxşılaşdırır, bir çox xəstəliktörədən mikrobların, bakteriyaların orqanizmdə çoxalmasına mane olur, qan-damar sisteminə müsbət təsir göstərir. Kvasın bu təsirləri onun tərkibində süd turşusunun, vitaminlər, kalsium, maqnezium, fosfor, mikroelementlər və ən əsas da aminturşuların varlığı ilə izah edilir.
Satış obyektlərinin bir hissəsi...